ABŞ prezidenti Donald Tramp sosial media hesabında Truth Social adlı paylaşımında son günlər Amerika ictimaiyyətinin ən mübahisəli mövzularından biri olan Qarsiyanın deportasiyası ilə bağlı fikirlərini bölüşüb.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Radikal çılğın demokratlar və onların saxta xəbər mediasındakı dostları Kilmar Armando Abreqo Qarsiyanı çox şirin və günahsız bir insan kimi təqdim edirlər, lakin bu, tam, aşkar və təhlükəli yalandır”, – Tramp öz tvitində bildirib.
Prezident Tramp qeyd edib ki, ABŞ-da iki ayrı məhkəmə Qarsiyanı El Salvadorda yaranan və Latın Amerikasının ən təhlükəli cinayət təşkilatlarından biri hesab edilən “MS-13” bandasının üzvü olduğunu, ölkəyə qeyri-qanuni yollarla daxil olduğunu və ona qarşı deportasiya qərarı olduğunu müəyyən edib.
“Liberalların və əsas medianın ölkəmizə bu qədər nifrət etməsi, sərhədimizi, küçələrimizi və ailələrimizi təhlükəsiz saxlamaq üçün çalışmaq əvəzinə cinayətkarları müdafiə etmək fikrinə düşməsi alçaq və qeyri-amerikandır”, – deyə Tramp bildirib.
//Gülnarə Abasova, Editor.az