Tramp: “Si Cinpinlə görüşün artıq mənası yoxdur”backend

Tramp: “Si Cinpinlə görüşün artıq mənası yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp APEC sammiti çərçivəsində Çin sədri Si Cinpinlə planlaşdırılan görüşün artıq “mənasız” olduğunu bəyan edib.

Editor.az xəbər verir ki, Tramp bu barədə TruthSocial sosial şəbəkəsində paylaşım edib.

Ağ Evin Baş Qərargah rəisinin sözlərinə görə, Tramp iki həftə sonra Cənubi Koreyada keçiriləcək APEC sammitində Si Cinpinlə görüşməli idi, lakin prezident bu planı ləğv etdiyini bildirib:

“Mən iki həftə sonra Cənubi Koreyada keçiriləcək APEC sammitində prezident Si ilə görüşməli idim, lakin indi bunu etməyim üçün heç bir səbəb görmürəm.”

Tramp həmçinin Çinin nadir torpaq metalları ilə bağlı qərarını “düşmən hərəkəti” adlandırıb. Onun sözlərinə görə, Pekin dünyanın bir çox ölkələrinə məktublar göndərərək tərkibində nadir torpaq metalları olan məhsulların ixracına nəzarət tətbiq etmək niyyətini açıqlayıb.

Qeyd edək ki, sentyabr ayında Çinin internet tənzimləyici qurumu ölkənin aparıcı texnologiya şirkətlərinə yüksək səviyyəli Nvidia RTX Pro 6000D çiplərinin alqısını dayandırmağı və mövcud sifarişləri ləğv etməyi əmr etmişdi.

//Gülnarə Abasova, Editor.az