Tramp Şotlandiyaya səfər edəcəkbackend

Tramp Şotlandiyaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sabiq prezidenti Donald Tramp 25–29 iyul tarixlərində Şotlandiyaya səfər edəcək. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı məlumat verib. Brifinqin yayımı Fox News telekanalının YouTube kanalında aparılıb.

Məlumata görə, Tramp səfər çərçivəsində Törnberri və Aberdin şəhərlərinə baş çəkəcək. Onun Böyük Britaniyanın baş naziri Kir Starmer ilə də görüşü planlaşdırılır.

Bu, Trampın prezident postuna gəlməsindən sonra Britaniyaya ilk səfəri olacaq.

//Samir Qurbanov, Editor.az