Tramp: “Sülh razılaşması Rusiya və Ukrayna üçün yaxşı olacaq”backend

Tramp: “Sülh razılaşması Rusiya və Ukrayna üçün yaxşı olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada həm Moskva, həm də Kiyev üçün “yaxşı” olacaq sülh sazişi imzalamaq olar”.

Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “New York Post” qəzetinə açıqlamasında bildirib ki, Amerika lideri bunu sentyabr ayında dilə gətirib. “Tramp sentyabr ayında Ukrayna və Rusiyanın danışıqlara cəlb edilməsi ilə bağlı reallıqları müzakirə edərək, “sülh razılaşmasının vaxtının yetişdiyini” və “hər iki tərəf üçün yaxşı olacaq” razılaşmanın əldə edilməsinin mümkün olduğunu demişdi”, – o vurğulayıb.

Kelloq həmçinin bildirib ki, Rusiya və Ukrayna Ukrayna münaqişəsinin həlli üçün güzəştə getməli olacaqlar. Xüsusi nümayəndə vurğulayıb ki, bütün Tramp administrasiyası Ukrayna münaqişəsinin həlli üçün çalışır. ABŞ lideri bildirib ki, o, Ukraynada nizamlanma danışıqları başlamazdan əvvəl “qanın tökülməsinin dayandırılmasını” istəyir.

//Gülnarə Abasova, Editor.az