ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu gün Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğv olunması ilə bağlı prezident fərmanı imzalayacaq.
Editor.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Leavitt gündəlik mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu qərar Suriyada sabitlik və sülhün bərqərar olunmasını təşviq etmək məqsədi daşıyır:
“Bu, ölkənin sabitliyə və sülhə doğru yolunu dəstəkləmək və təşviq etmək üçün atılan bir addımdır”, – deyə Leavitt bildirib.
Leavitt onu da qeyd edib ki, fərman Suriyaya qarşı ümumi sanksiyaların ləğvini nəzərdə tutsa da, bəzi kateqoriyalara yönəlik məhdudiyyətlər qüvvədə qalacaq:
“Əvvəlki prezident (Bəşşar) Əsəd və onun tərəfdarları, insan hüquqlarını pozanlar, narkotik qaçaqmalçıları, kimyəvi silah fəaliyyəti ilə əlaqəli şəxslər, İŞİD və ona bağlı təşkilatlar, eləcə də İranın bölgədəki silahlı qruplarına qarşı sanksiyalar qüvvədə saxlanılacaq,” – deyə o bildirib.
Ağ Ev sözçüsü həmçinin Donald Trampın Yaxın Şərq səfəri zamanı Suriyanın yeni rəhbərliyi ilə görüşdüyünü və sanksiyaların qaldırılacağına dair vəd verdiyini açıqlayıb.
“Prezident sabit, birləşmiş və həm daxildə, həm də qonşuları ilə barış içində olan bir Suriyanı dəstəkləməyə sadiqdir,” – deyə Karolin Leavitt əlavə edib.
//Samir Qurbanov, Editor.az