ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp ABŞ Milli Qvardiya Assosiasiyasının Detroytda keçirilən konfransında açıqlamalar verib.
Editor.az xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Tramp Ukraynanın Rusiya ərazisində irəliləməsinin dünya müharibəsinə səbəb ola biləcəyini iddia edib.
“Ukraynada baş verənlərə baxın. Onlar Rusiya ərazisinə doğru irəliləyirlər. Üçüncü Dünya Müharibəsi başlayacaq”,-deyə o bildirib.
//Gülnarə Abasova, Editor.az

