Tramp: “Üçüncü Dünya Müharibəsi heç vaxt bu qədər yaxın olmamışdı”backend

Tramp: “Üçüncü Dünya Müharibəsi heç vaxt bu qədər yaxın olmamışdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçüncü Dünya Müharibəsi heç vaxt bu qədər yaxın olmamışdı”.

Editor.az xəbər verir ki, bunu Rusiya- Ukrayna müharibəsinin ildönümü çərçivəsində keçmiş ABŞ Prezidenti Donald Tramp rəsmi internet saytında “Prezident Tramp sonsuz müharibələrin arxasınca gedən müharibə qızışdırıcılarını və qlobalistləri atəşə tutacaq” başlıqlı videosunda deyib.

ABŞ administrasiyasının 2014-cü ildə Ukraynada baş verən qiyamları dəstəklədiyini bildirən Tramp, “Bizim ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland kimi Ukraynanı NATO-ya yaxınlaşdırmaq fikrində olan adamlarımız var.Mən sizin prezidentiniz olsaydım, bu, heç vaxt baş verməzdi”,- deyib. Tramp vurğulayıb ki, Amerikanın xarici siyasətində hökmranlıq edən “korrupsioner qlobal nizam”dan qurtulmaq lazımdır.

2024-cü il prezident seçkilərinə namizəd olan Tramp səlahiyyət müddətində bu sərəncamın dəyişəcəyini vurğulayıb. O, qeyd edib ki, doğru rəhbərliklə Ukrayna müharibəsini 24 saat ərzində bitirə bilərlər. Eyni zamanda, ABŞ-ın maraqlarını hər şeydən üstün tutan məmurları təyin edəcəyini də diqqətə çəkib.

//Gülnarə Abasova, Editor.az