ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna hələ də Rusiya ilə müharibədə qələbə qazana bilər, lakin bunun baş vermə ehtimalı çox azdır.
Editor.az xəbər verir ki, bu fikri Tramp Avstraliyanın baş naziri Entoni Albanese ilə keçirdiyi ikitərəfli işçi nahar zamanı səsləndirib.
Jurnalistlərdən biri ABŞ prezidentindən soruşub ki, o, hələ də Ukraynanın müharibəni udacağına və öz torpaqlarını geri qaytaracağına inanırmı. Tramp xatırladıb ki, bu barədə 16 oktyabrda Rusiya prezidenti Vladimir Putinlə görüşündən əvvəl də danışmışdı.
Trampın sözlərinə görə, Ukraynanın mövcud vəziyyətdə qalib gəlməsi “çətin, amma mümkündür”. O, eyni zamanda, münaqişənin sülh yolu ilə həllinin prioritet olduğunu vurğulayıb.
//Samir Qurbanov, Editor.az

