Tramp: “Ukrayna hücuma keçmək istəyir”backend

Tramp: “Ukrayna hücuma keçmək istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna ordusu yaxın vaxtlarda hücum əməliyyatına başlamağa hazırlaşır. Dövlət başçısı bu fikri oktyabrın 15-də Ağ Evdə keçirilən və “YouTube” üzərindən yayımlanan mətbuat konfransında səsləndirib.

Jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, oktyabrın 17-də ABŞ-a səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə müharibə mövzusunu müzakirə edəcək:

“Mən bu müharibəni sevmirəm. Onun necə başladığını da sevmirəm. Bu müharibə ümumiyyətlə olmamalı idi. Biz müharibə ilə bağlı məsələləri müzakirə edəcəyik. Ukraynalılar hücuma keçmək istəyirlər. Mən bu barədə qərar verəcəyəm, amma görünür, onlar hücumu planlaşdırırlar,” — deyə Tramp bildirib.

ABŞ Prezidenti həmçinin Rusiya rəhbərliyinə müraciət edərək müharibəni dayandırmağa çağırıb:

“Prezident Putindən istədiyimiz yeganə şey — bu müharibəni dayandırmaq və ukraynalılarla yanaşı, çoxlu sayda rusun da ölümünə səbəb olan bu qırğını bitirməkdir,” — deyə Tramp vurğulayıb.

Rəsmi Kiyev indiyədək yeni hücum əməliyyatı planı barədə açıqlama verməyib. Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 18-də ordunun Donetsk vilayətinin Pokrovsk və Dobropolyə istiqamətində əks-hücum əməliyyatına başladığını bildirmişdi.

//Samir Qurbanov, Editor.az