ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Ukraynada münaqişələr başlamamalı idi və bundan sonra tezliklə sülhə nail olunmalıdır.
Editor.az xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, Macarıstanın baş naziri Viktor Orbanın Ağ Evin keçmiş sahibi ilə görüşdə sülhə nail olmağın yollarını müzakirə etdiklərini bildirdiyi postunu belə şərh edib. İyun ayında Tramp bildirib ki, prezident seçkilərində qalib gəlsə, vəzifəyə başlamazdan əvvəl Ukraynadakı münaqişənin sülh yolu ilə həllini tapacaq. O, həmçinin üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib. Tramp Rusiya ilə Ukrayna arasındakı mübahisəni cəmi 24 saat ərzində həll etmək niyyətini dəfələrlə bəyan edib. O, 2023-cü ilin iyulunda planının təfərrüatlarını açıqlayıb.
Trampın sözlərinə görə, onun Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibəti var. Amerikalı siyasətçi bu mübahisəni həll etmək xahişi ilə Rusiya dövlətinin başçısına müraciət etməyi təklif edib.
//Gülnarə Abasova, Editor.az

