Tramp Ukraynada sülhün bərqərar olmasının çətinliklərini etiraf edibbackend

Tramp Ukraynada sülhün bərqərar olmasının çətinliklərini etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp deyib ki, Ukraynada sülh yolu ilə həllə nail olmaq onun gözlədiyindən daha çətin olub.

Editor.az bu barədə CNN- yə istinadla xəbər verir.

Telekanalın məlumatına görə, Tramp müşavirləri ilə təkbətək görüşlərdə məyus olduğunu bildirib və deyib ki, Rusiya və Ukrayna arasında vasitəçilik səyləri hələ də nəticə verməyib.

Mənbələr bildiriblər ki, Tramp dəfələrlə Moskva ilə Kiyev arasında gərgin münasibətlərin danışıqlar prosesini çətinləşdirdiyini vurğulayıb. Prezident deyib: “Tərəflər arasında şəxsi münasibətlər maneəyə çevrilir”.

//Gülnarə Abasova, Editor.az