Ukraynada münaqişə III Dünya Müharibəsinə gətirib çıxara bilər, lakin hazırda vəziyyət qismən nəzarətdədir.
Editor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Amerikanın OutKick portalına müsahibəsində bildirib.
Tramp həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski ilə yaxşı münasibətlərinin olduğunu bildirib.
ABŞ prezidenti Ukraynadakı münaqişəni bu sözlərlə xarakterizə edib: “Buna son qoyulsa, çox yaxşı olardı”.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ Ukraynada atəşkəsə gedən yolun hələ başlanğıcındadır.
//Gülnarə Abasova, Editor.az