Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün çox səylə çalışacağına söz veribbackend

Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün çox səylə çalışacağına söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün “çox səylə” çalışacağına söz verib.

Editor.az TASS-a istinadla xəbər verir ki, bunu siyasətçi “Amerika Birinci Siyasət İnstitutu” təşkilatının qala gecəsində çıxışı zamanı deyib.

“Biz Yaxın Şərqdəki vəziyyət üzərində işləyəcəyik, Rusiya və Ukrayna üzərində də çox çalışacağıq. Buna son qoyulmalıdır”, – Respublikaçı bildirib.Tramp dəfələrlə bəyan edib ki, prezident seçkilərində qalib gəlsə, Ukraynada hərbi əməliyyatların dayandırılmasını təmin edəcək və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq. Onun sözlərinə görə, 2020-ci il seçkilərində qalib gəlsəydi, Moskva ilə Kiyev arasında heç bir silahlı münaqişə olmayacaqdı.

Qeyd edək ki, hərbi analitik, Avropa Siyasətinin Təhlili Mərkəzinin baş elmi işçisi və ABŞ komandirinin keçmiş müşaviri Mark Voyger deyib ki, Tramp Kiyevdən güzəştə getməklə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.

//Gülnarə Abasova, Editor.az