ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya ilə ərazilərin dəyişdirilməsi üçün Konstitusiyasında dəyişiklik etməli olmasına narazılığını ifadə edib. Bu barədə o, Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.
“Zelenski müharibəyə başlamaq və insanların həyatına son qoymaq səlahiyyətinə malikdir, lakin ərazilərin dəyişdirilməsi üçün konstitusion icazə tələb olunur,” – deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Rusiya ilə Ukrayna arasında ərazilərin dəyişdirilməsi qaçılmazdır və ABŞ işğal altında olan ərazilərin bir hissəsinin Ukraynaya qaytarılması üçün səylər göstərəcək.
//Samir Qurbanov, Editor.az

