“Ukrayna heç vaxt Şimali Atlantika Alyansına (NATO) qoşulmayacaq və onun lideri Volodimir Zelenski bunu başa düşür”.
Editor.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib.
“O, NATO-nun üzvü olmaq istəyir, lakin heç vaxt NATO-nun üzvü olmayacaq. O, bunu başa düşür”, – Ağ Evin rəhbəri deyib.
Qeyd edək ki, Zelenski martın 20-də ölkəsinin NATO-ya üzv olmağa hazır olmadığını deyib. Onun sözlərinə görə, Ukrayna həqiqətən də Şimali Atlantika Alyansına qoşulmaq istəyir, çünki bu, bir çox problemləri həll edəcək.
Xatırladaq ki, ötən gün Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa Ukraynanın ərazi itkilərini rəsmən tanımayacağını, Şimali Atlantika Alyansına və Avropa Birliyinə qoşulmaqdan imtina etməyəcəyini və mümkün sülh sazişində ordu sayına məhdudiyyət qoymayacağını açıqlamışdı.
//Gülnarə Abasova, Editor.az