ABŞ-ın sabiq prezidenti Donald Trampın son bəyanatları onun Rusiya-Ukrayna müharibəsinə dair mövqeyində dəyişiklik baş verdiyini göstərir. Bu barədə The New York Times məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın Rusiya Prezidenti Vladimir Putinə qarşı narazılıq ifadə etməsi və Ukraynaya daha çox silah göndərməyə hazır olduğunu bildirməsi Kiyevin diplomatik cəhdlərinin uğurla nəticələndiyini göstərir. Ukraynalı deputatların fikrincə, Kiyev Trampa başa sala bilib ki, sülhə nail olunmamasının əsas səbəbkarı məhz Rusiyadır.
“The New York Times” qeyd edir ki, Rusiyanın Ukraynanın dərinliklərində yerləşən şəhərlərinə intensiv raket zərbələri endirməsi Trampı dəstəyini artırmağa vadar edib.
“Biz Ukraynaya daha çox silah göndərəcəyik. Biz bunu etməliyik. Onlar özlərini qorumalıdırlar”, – deyə Tramp son çıxışlarından birində bildirib.
//Samir Qurbanov, Editor.az

