“Prezident Zelenskiyə böyük hörmətim var, amma düşünürəm ki, indiki halda Ukraynaya getmək yersiz olardı. Bayden administrasiyası hazırda onunla məşğuldur və mən maraqlar toqquşması yaratmaq istəməzdim”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Volodimir Zelenskinin Ukraynaya səfər dəvətini qəbul etməmək qərarına gəlməsi ilə bağlı açıqlama verərkən deyib.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski, bu yaxınlarda NBC kanalına müsahibəsində Trampa Rusiyanın rəsmi Kiyevə qarşı apardığı müharibəni öz gözləri ilə görmək üçün Ukraynaya gəlməsini təklif etmişdi. Eyni zamanda ABŞ-ın keçmiş prezidentinin 24 saat ərzində Rusiya-Ukrayna müharibəsini sonlandıracağı ilə bağlı açıqlamasına Zelenski bunun mümkünsüz olacağını görmək üçün 24 dəqiqəyə ehtiyacı olduğunu qeyd edib.
//Safura Bənnayeva, Editor.az

