ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından təxminən yarım il sonra Rusiyaya qarşı sərt siyasətə keçməsi müşahidə olunur. The New York Times yazır ki, Tramp administrasiyası Ukraynaya yeni silah tədarükü planlaşdırır və Kremlə qarşı əlavə sanksiyalar paketi üzərində işləyir.
Bu, Trampın daha əvvəl verdiyi “biz müharibələri bitiririk və yeni müharibələrə girmirik” bəyanatlarından fərqli olaraq, Rusiya ilə bağlı strategiyasının dəyişdiyini göstərir.
Məlumata görə, ABŞ silahları Avropadakı müttəfiqlər vasitəsilə Ukraynaya ötürüləcək. Bu qərarın yaxın günlərdə NATO-nun yeni baş katibi Mark Ryutte ilə Ağ Evdə keçiriləcək görüş zamanı rəsmi şəkildə açıqlanacağı gözlənilir.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparıcı demokrat üzvü Cin Şahin məsələ ilə bağlı bildirib:
“Bu, arzuolunan ritorika dəyişikliyidir. Tramp son açıqlamalarında sanki nəhayət başa düşməyə başlayıb ki, Vladimir Putin onunla oynayır. Ancaq bu dəyişiklik nə qədər davam edəcək — bu, hələ məlum deyil.”
//Samir Qurbanov, Editor.az

