Tramp Ukraynaya “Tomaqavk” raketlərinin verilməsi şərtlərini açıqlayıbbackend

Tramp Ukraynaya “Tomaqavk” raketlərinin verilməsi şərtlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynaya “Tomaqavk” tipli qanadlı raketlərin göndərilməsinə yalnız onların təyinatı üzrə istifadə olunacağına dair dəqiq zəmanət əldə edildikdən sonra icazə veriləcək.

Editor.az xəbər verir ki, dövlət başçısı bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verib.

“Bir neçə sualım olacaq. Mən gərginliyi artırmaq istəmirəm”, – deyə Tramp vurğulayıb.

Prezident əlavə edib ki, “Tomaqavk” raketlərinin Ukraynaya göndərilməsi ilə bağlı qərar faktiki olaraq qəbul olunub.

Qeyd edək ki, Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor bir neçə gün öncə bildirib ki, Ukrayna bu raketlərdən istifadə edərsə, Rusiya ilə ABŞ arasında müharibə riski yarana bilər.

Bundan əvvəl, oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinin sualını cavablandırarkən, “Tomaqavk” raketlərinin Ukraynaya potensial təhvil verilməsinin Moskva ilə Vaşinqton arasında münasibətlərdə formalaşmaqda olan müsbət tendensiyaları poza biləcəyini deyib.

// Gülnarə Abasova, Editor.az