ABŞ prezidenti Donald Tramp 4 həftə ərzində Çin prezidenti Si Cinpinlə görüşəcəyini açıqlayıb.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Ağ Ev rəsmisi yazıb: “Amerikalı soya fermerləri əziyyət çəkir, çünki Çin “danışıqlar” məqsədi ilə satınalmaları tamamilə dayandırıb. Tariflərdən o qədər pul almışıq ki, o pulun kiçik bir hissəsini fermerlərimizə kömək etmək üçün götürəcəyik”.
O, ABŞ-ın keçmiş prezidenti Co Baydenin Vaşinqton və Pekin arasında Çinin milyardlarla dollarlıq Amerika kənd təsərrüfatı məhsullarını almasını nəzərdə tutan sazişin icrasını təmin edə bilmədiyini bildirib.
Tramp qarşıdakı görüşdə soyanın əsas gündəm maddəsi olacağını vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

