Tramp Yaxın Şərq ölkələrini birliyə çağırdı: “Qəzza yalnız bir parçadır, əsas məqsəd bölgədə sülhdür”backend

Tramp Yaxın Şərq ölkələrini birliyə çağırdı: “Qəzza yalnız bir parçadır, əsas məqsəd bölgədə sülhdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağı ilə bağlı hərtərəfli sülh sazişinin imzalanmasından sonra Yaxın Şərq ölkələrini birliyə səsləyib.

Editor.az xəbər verir ki, Tramp bu barədə özünün “TruthSocial” sosial şəbəkəsində paylaşım edib.

“Yaxın Şərq ölkələri indi birləşməli və bu məsələni sona çatdırmalıdır. Qəzza yalnız bir parçadır. Daha da vacibi, Yaxın Şərqdə sülhün bərqərar olmasıdır”, – ABŞ prezidenti qeyd edib.

Ağ Evin rəhbəri əlavə edib ki, o, bu istiqamətdə çox şeyə nail olub, uzun müddət çalışıb və “unikal təcrübə” qazanıb.

Xatırladaq ki, oktyabrın 13-də Donald Tramp İsrail parlamentində çıxışı zamanı Qəzzada münaqişənin başa çatdığını elan edib. Bundan bir neçə gün əvvəl – oktyabrın 9-da isə ABŞ lideri İsrail və HƏMAS arasında Qəzza zolağında sülh planının birinci mərhələsinə dair sazişin imzalandığını açıqlamışdı.

Trampın sözlərinə görə, razılaşma bütün girovların yaxın zamanda azad edilməsini və İsrail qüvvələrinin razılaşdırılmış xətlərə geri çəkilməsini nəzərdə tutur.

//Gülnarə Abasova, Editor.az