“Gömrük rüsumları ABŞ xəzinəsinə gündə 2 milyard dollar gəlir gətirir”.
Editor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Gündə təqribən 2 milyard dollar rüsum alırıq. Və işlər çox yaxşı gedir”, – deyən Tramp, yeni tariflərlə bağlı digər ölkələrlə razılaşma əldə etmək səylərinin də yaxşı getdiyini bildirib.
Tramp və Ağ Ev, digər ölkələrlə danışıqların gedişatını təsvir edərkən “dərzi” metaforasından istifadə edərək, istəkli ölkələrin hazırkı razılaşmadan çox, “xüsusi” sövdələşmə alacağını” bildirib.
//Gülnarə Abasova, Editor.az