Tramp yenidən milyarder Cared İsaakmanı NASA rəhbərliyinə namizəd göstəribbackend

Tramp yenidən milyarder Cared İsaakmanı NASA rəhbərliyinə namizəd göstərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp milyarder Cared İsaakmanın NASA-nın rəhbəri vəzifəsinə namizədliyini yenidən nəzərdən keçirdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media platformasında paylaşım edib.

“Görkəmli biznes lideri, xeyriyyəçi, pilot və astronavt Cared İsaakmanı NASA Administratoru vəzifəsinə irəli sürməkdən məmnunam”, – ABŞ lideri qeyd edib.

Xatırladaq ki, Donald Tramp iyunun 1-də yaxın zamanda NASA-ya yeni administrator təyin ediləcəyini bildirmiş və daha sonra İsaakmanın namizədliyinin geri götürüldüyünü açıqlamışdı.

İsaakman öz podkastında bəzi şəxslərin eqoist niyyətlərindən danışaraq, “mən asan hədəfəm” deyib. Onun sözlərinə görə, Ağ Evin qərarını ona telefonla bildirən şəxs Trampın İsaakmanın İlon Maskla əlaqələrinə görə “fərqli istiqamətə getmək” istədiyini bildirib.

Qeyd edək ki, Cared İsaakman 2024-cü il sentyabrın 10–15-də həyata keçiriləcək, tam mülki heyətlə baş tutacaq ilk özəl maliyyələşdirilən “Polaris Dawn” kosmik missiyasının komandiri və sponsorudur. O, mühəndis Sara Gillis ilə birlikdə bu uçuş zamanı həvəskar astronavtlar tərəfindən ilk kosmik yürüşü də həyata keçirib.

// Gülnarə Abasova, Editor.az