Tramp Zelenski ilə görüşəcəyini açıqlayıbbackend

Tramp Zelenski ilə görüşəcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bu həftə Ukrayna lideri Volodimir Zelenski ilə görüşünün mümkünlüyünü istisna etmir.

Editor.az bu barədə TASS-a istinadla yazır.

Ağ Evin prezidenti görüşün hansı formatda keçiriləcəyi barədə məlumat verməyib. Zelenski bir gün əvvəl Trampın komandasından olan “ciddi adların” Ukraynaya səfər edəcəyini açıqlamışdı. Dövlət başçısı bildirib ki, bu səfər fevralın 14-16-da Münhendə keçiriləcək təhlükəsizlik konfransından əvvəl baş tutacaq. O, həmçinin bildirib ki, hazırda onun üçün Ukrayna və ABŞ komandalarının praktiki işinə, əsas məsələlər üzrə ümumi baxışına” diqqət yetirmək vacibdir.

Tramp fevralın 8-də “New York Post” qəzetinə deyib ki, o, Ukrayna münaqişəsini müzakirə etmək üçün Rusiya lideri Vladimir Putinlə telefonla danışıb. Ağ Evin Baş Qərargah rəisi münaqişəni sona çatdırmaq üçün “konkret planı” olduğunu və tezliklə həll olunacağına ümid etdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az