ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəmə çağırışına cavab vermədiyi, izahat verməyə gəlmədiyi hər gün üçün 10 min dollar cərimə ödəməli olduğu bildirilib.
Editor.az-ın “AA”ya istinadən verdiyi xəbərə görə, Manhetten Ali Məhkəməsinin hakimi Artur Enqoron Trampın hərəkətini “itaətsizlik” hesab edərək belə bir qərar verib. qərar verib.
Baş prokuror Ceymsin vəkilləri uzun müddətdir ki, Nyu-York məhkəməsində Trampın şirkətində kredit və sığorta təminatı üçün daha sərfəli maliyyə şərtləri əldə etmək məqsədilə daşınmaz əmlak aktivlərinin dəyərlərinə dair dəqiq rəqəmlər göstərməməsi, vergiləri azaltdığı və sözü gedən sənədləri təqdim etmədiyinə görə tənqid edib. Tramp bugünkü məhkəmədə iştirak etməsə də baş prokuror Ceyms hakim Engoronun qərarından dərhal sonra “Ədalət bu gün bərqərar oldu” deyə “twitter” hesabında paylaşım edib.
//Gülnarə Abasova, Editor.az

