Trampa Ukraynaya NATO qoşunlarının göndərilməsi imkanı təklif olunubbackend

Trampa Ukraynaya NATO qoşunlarının göndərilməsi imkanı təklif olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynaya təqdim etməyi planlaşdırdığı təhlükəsizlik zəmanəti ölkə ərazisində NATO qoşunlarının mövcudluğunu da əhatə edə bilər.

Editor.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, etibarlı təhlükəsizlik təminatları bir neçə Qərb ölkəsi tərəfindən verilməli və ən azı, Ukrayna ərazisində Qərb hərbçilərinin təlim keçməsi kimi elementləri özündə ehtiva etməlidir.

Bununla yanaşı, WSJ qeyd edir ki, ABŞ-ın Ukrayna üzrə mövcud planı ölkə ərazisində NATO bayrağı altında fəaliyyət göstərən qoşunların yerləşdirilməsini qadağan edir.

Məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Trampın planlaşdırılan görüşündən əvvəl – noyabrın 23-də Cenevrədə tərəflər arasında Vaşinqtonun sülh planı üzrə razılaşma əldə etmək məqsədilə danışıqlar aparılıb.

Görüşdə ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff, ordu katibi Daniel Driskoll və administrasiyanın digər rəsmiləri daxil olub. Ukrayna tərəfini isə Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digər yüksək vəzifəli şəxslər təmsil ediblər.

Müzakirələrdə ABŞ tərəfindən təqdim olunan 26–28 maddəlik nizamlama planı ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ötən həftə “Axios” nəşri və Ali Rada deputatı Oleksiy Qonçarenko ABŞ-ın Ukrayna ilə bağlı yeni sülh planının tam mətnini dərc etmişdi.

// Gülnarə Abasova, Editor.az