Trampdan Makronun narahatedici jestinə reaksiyabackend

Trampdan Makronun narahatedici jestinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makronun Ağ Evdə ABŞ lideri Donald Trampla görüşündə bir maraqlı məqam diqqətlərdən yayınmayıb. Belə ki, danışıqlar zamanı o, əlini ABŞ rəhbərinin dizinə qoyub.

Oxu.Az-ın məlumatına görə, video sosial şəbəkələrdə yayılıb və çoxsaylı müzakirələrə səbəb olub.

Kadrlarda Trampın da ona cavab olaraq əlini onun dizinin üstünə qoyması və Makronun onun dayandırmağa çalışması əks olunub. Videoda ölkə liderlərinin əlləri bir-birini tutarkən narahat bir pauza yarandığı da görünür.