Trampdan növbəti sensasion açıqlama: “Ukraynanın hücumları…”backend

Trampdan növbəti sensasion açıqlama: “Ukraynanın hücumları...”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya son hücumlarına münasibət bildirib

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp Kiyevin son hücumlarının Rusiyanı “onları yerlə-yeksan etmək” üçün hərəkətə keçməyə təhrik etdiyini bildirib.

“SBU-nun Rusiya aerodromlarına hücumunu görəndə dedim ki, indi cavab zərbəsi gələcək. Bu, mənə heç xoş gəlmədi”, – deyə o vurğulayıb.

Tramp münaqişənin nüvə qarşıdurmasına çevrilməməsinə ümid etdiyini bildirib. O, həmçinin Rusiya ilə sülh danışıqlarının tamamilə dayanmayacağına ümidvar olduğunu deyib.

ABŞ lideri Rusiyaya qarşı yeni sanksiyaları “çox sərt” adlandırsa da, onların tətbiqi ilə bağlı qərarı şəxsən verəcəyini qeyd edib.

Digər tərəfdən jurnalist Conatan Lemayrın məlumatına görə, Ukraynanın Rusiyanın strateji aviasiyasına qarşı uğurlu hücumu Trampın narazılığına səbəb olub.

Ağ Evdəki mənbələr Trampın bu hücumun münaqişəni alovlandıra biləcəyindən narahat olduğunu bildiriblər.

//Samir Qurbanov, Editor.az