ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsinin daxili problemlərinə diqqət yetirmək istəsə də, Ukraynadakı münaqişənin həllində iştirak etməkdə məqsədi “həyatları xilas etmək”dir.
Tramp bu barədə təyyarədə jurnalistlərə açıqlama verib:
“Mən bunu sağlamlığım üçün etmirəm, başa düşdünüz? Mənə bu lazım deyil. Ölkəmizə diqqət yetirmək istərdim, amma bunu çox sayda həyatı xilas etmək üçün edirəm”, – deyə ABŞ lideri vurğulayıb.
15 avqust tarixində Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaskada görüşəcək. Əsas müzakirə mövzusu Ukraynada sülh prosesi olacaq. Görüşdə həmçinin ərazi dəyişiklikləri, Kiyevin NATO-ya qoşulmama ehtimalı və Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilə bilər.
Sammit yerli vaxtla saat 22:00-da başlayacaq və liderlərin təkbətək görüşü ilə start götürəcək.
//Samir Qurbanov, Editor.az

