Trampın ad günündə Ağ Evin ərazisində UFC döyüşü keçiriləcəkbackend

Trampın ad günündə Ağ Evin ərazisində UFC döyüşü keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ultimate Fighting Championship (UFC) döyüşü 14 iyun 2026-cı il tarixində Ağ Evin ərazisində baş tutacaq.

Editor.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə Virciniya ştatında ABŞ Hərbi Dəniz Qüvvələrinin şərəfinə keçirilən paradda çıxış edərkən bildirib və yayım Ağ Evdən canlı yayımlanıb.

“Gələn il, iyunun 14-də Ağ Evin ərazisində böyük UFC döyüşümüz olacaq”,- Tramp deyib.

Maraqlıdır ki, ABŞ prezidenti iyunun 14-də 80 illik yubileyini qeyd edəcək. UFC-nin baş direktoru Dana Uayt avqustun 29-da Donald Trampın Ağ Evdə UFC turnirinə ev sahibliyi etmək ideyasını həyata keçirəcəyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az