Trampın dostu Ukraynaya yardıma imkan vermədi – 40 milyardlıq layihə gələn həftəyə qaldıbackend

Trampın dostu Ukraynaya yardıma imkan vermədi – 40 milyardlıq layihə gələn həftəyə qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçı senator, keçmiş prezident Donald Trampa yaxınlığı ilə tanınan Rend Polun demarşı nəticəsində ABŞ senatında Ukraynaya 40 milyard dollar kömək haqqında qanun layihəsinin qəbulu baş tutmayıb. Layihəni bu həftə ərzində parlamentdən keçirmək nəzərdə tutulurdu. Mayın 11-də Nümayəndələr palatası öz razılığını vermişdi. Mayın 13-də layihənin Senatdan da sürətlə keçəcəyi güman edilirdi.

Amma müzakirə zamanı Kentukki ştatından senator Rend Polun sənədə yeni norma daxil etmək tələbi planı pozub. Senator ayrılan vəsaitin xərclənməsinə nəzarət üçün xüsusi federal orqan yaratmağı zəruri hesab edir və bunun sonradan ayrıca əlavə, yaxud düzəlişlərdə deyil, mütləq qanunun ilkin mətnində göstərilməsini istəyir.

Nəticədə layihənin növbəti müzakirəsi gələn həftəyə qalıb. Xatırladaq ki, prezident Bayden Konqresi onu mümkün qədər tez qəbul etməyə çağırmışdı. Əks təqdirdə, hazırkı yardım proqramının müddəti başa çatana qədər, yəni mayın sonunadək prezident yeni qanunu imzalamağı çatdırmaya bilər.

Növbəti yardım paketi aşağıdakıları ehtiva edir:

Avadanlıq, silah, təlim xərcləri də daxil olmaqla, təhlükəsizlik işlərinə yardım üçün 6 milyard dollar;

Ukraynaya göndərilən Amerika ehtiyatlarının yerinin doldurulması üçün 8.7 milyard dollar;

Avropa komandanlığının əməliyyat xərcləri üçün 4.9 milyard dollar;

Ukrayna və digər ölkələrə dəstək məqsədi ilə xarici hərbi maliyyələşdirmə üçün 4 milyard dollar;

Humanitar (ərzaq) yardımı üçün 5 milyrad dollar;

Ukraynanın iqtisadi dəstək fondu üçün 9 milayrd dollar.

Vəsaitin qalan hissəsi Ukrayna qaçqınlarına köməyə və Putinlə bağlı olan Rusiya oliqarxlarının axtarışına sərf ediləcək.