“ABŞ Prezidenti Donald Tramp İrandan təxminən 1000 funt (təxminən 450 kiloqramdan bir qədər çox) uranın çıxarılması üçün hərbi əməliyyat imkanını nəzərdən keçirir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.
Bildirilir ki, belə bir missiya, çox güman ABŞ qüvvələrinin bir neçə gün, hətta daha uzun müddət ərzində İran ərazisində olmasını tələb edəcək.
Rəsmilər vurğulayıblar ki, Tramp hələ bu əmrin verilməsi ilə bağlı yekun qərar qəbul etməyib və ABŞ əsgərləri üçün mümkün riskləri qiymətləndirir.
Bununla belə, mənbələrin sözlərinə görə, Ağ Ev rəhəbri ümumilikdə bu ideyaya müsbət yanaşır, çünki bu addım onun əsas məqsədinə — İranın nüvə silahı əldə etməsinin qarşısını daimi olaraq almağa kömək edə bilər.

