Trampın NATO ilə bağlı bəyanatı Avropada yeni təhlükəsizlik axtarışlarını sürətləndirirbackend

Trampın NATO ilə bağlı bəyanatı Avropada yeni təhlükəsizlik axtarışlarını sürətləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trump-ın NATO ilə bağlı son çıxışları Avropa ölkələrində ciddi müzakirələrə səbəb olub. Analitiklərin fikrincə, bu bəyanatlar qitədə ABŞ-sız alternativ təhlükəsizlik alyansının yaradılması ehtimalını yenidən gündəmə gətirib.

Editor.az xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, Tramp yenidən prezident seçildikdən sonra dəfələrlə NATO-dan çıxmaq ehtimalını dilə gətirib. O, xüsusilə Avropa ölkələrinin ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlara qoşulmamasını tənqid edib və bunu müttəfiqlik öhdəliklərinin zəif yerinə yetirilməsi kimi qiymətləndirib.
Son açıqlamasında Tramp NATO-nun fəaliyyətindən narazılığını bir daha vurğulayıb. Nəşr qeyd edir ki, onun bu cür ritorikası alyans daxilində inamsızlığı artırır və təşkilatın gələcəyi ilə bağlı sualları dərinləşdirir.

Müşahidəçilərin fikrincə, Vaşinqtonun mövqeyindəki qeyri-müəyyənlik Avropa ölkələrini öz müdafiə strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edir. Bu kontekstdə, bəzi Avropa paytaxtlarında ABŞ-dan daha az asılı olan yeni təhlükəsizlik mexanizmlərinin formalaşdırılması ilə bağlı müzakirələr intensivləşir.

Ekspertlər hesab edir ki, əgər bu tendensiya davam edərsə, bu, yalnız NATO-nun roluna deyil, bütövlükdə transatlantik münasibətlər sisteminə də uzunmüddətli təsir göstərə bilər.

//Samir Qurbanov, Editor.az