ABŞ-ın keçmiş prezidenti Donald Tramp BMT-dəki keçmiş diplomatı Nikki Neyli ilə ölkəyə rəhbərlik hüququ uğrunda qarşıdan gələn prezident seçkilərində yarışacaq.
Editor.az xəbər verir ki, fevralın 14-də o, bunu öz Twitter-də səhifəsində rəsmən elan edib. Qeyd edək ki, Nikki Neyli Tramp kimi Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizə aparacaq.
Millətə videomüraciətində Heyli bildirib ki, yeni nəsil liderlərin vaxtı çatıb: “Bəziləri Amerikaya baxır və bunu zəiflik kimi görür. Sosialist solçular tarixi yenidən yazmaq üçün fürsət görür.
Çin və Rusiya yürüşdədirlər. Hamısı bizi təhqir edə biləcəyini düşünür. Mənim haqqımda bilməlisiniz: mən bu xuliqanlarla barışmaram. Dava zamanı hündürdaban ayaqqabı geyinsəniz, ayaqlarınız daha çox inciyər” – Neyli deyib.
//Samir Qurbanov,Editor.az