Trampın seçkilərdə qalib gələcəyi təqdirdə kimə qarşı tam müharibə elan edəcəyi bəlli olubbackend

Trampın seçkilərdə qalib gələcəyi təqdirdə kimə qarşı tam müharibə elan edəcəyi bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Ağ Evin rəhbəri olacağı təqdirdə Böyük Britaniyanın baş naziri Key Starmerə qarşı hərtərəfli müharibə başlayacaq.

Editor.az bu barədə Daily Mail-ə istinadla xəbər verir.

“Starmerin ABŞ-la münasibətlərə vurduğu zərəri qiymətləndirməyin”, – nəşr yazır. Məqalədə münaqişənin ABŞ-ın vitse-prezidenti Kəmalə Harrisin maraqları naminə Amerika seçkilərinə Leyboristlər Partiyasının müdaxiləsi ilə bağlı qalmaqal səbəbindən başladığı xatırladılıb. Nəşrin siyasi analitiklərinin fikrincə, Tramp komandası Böyük Britaniyanın baş nazirini antiamerikan və “qızıldayan, liberal, darıxdırıcı” bir insan kimi qəbul edir.

Qeyd edək ki, oktyabrın 28-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp potensial seçicilərin dəstəyi baxımından Demokratik rəqibi Kamala Harrislə fərqi daraltdı.

//Gülnarə Abasova, Editor.az