Trampın seçkiqabağı internet-reklam xərcləri 64 milyon dolları ötübbackend

Trampın seçkiqabağı internet-reklam xərcləri 64 milyon dolları ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın hazırkı prezidenti Donald Trampın komandası “Google”, “YouTube” və digər platformalarda siyasi reklama 64,7 milyon dollar xərcləyib.

D.Trampın seçkiqabağı internet-reklam xərcləri ABŞ Demokrat partiyasından qarşıdakı seçkilərdə namizədliyə irəli sürülmək istəyən Nyu-Yorkun sabiq meri Maykl Blumberqin xərclərini ötərək rekord göstərici olub.

Bildirilir ki, 2018-ci ilin 31 may tarixindən “Trampın “Amerikanı Yenidən Möhtəşəm Etmək” Komitəsi” və onun seçkiqabağı qərargahı internet-reklama 37,23 və 27,49 milyon dollar xərcləyiblər (64,7 milyon dollar).

Qeyd edək ki, Nyu-Yorkun sabiq meri M.Blumberq internet reklama 62,19 milyon dollar xərcləmişdi.

//Trend