Trampın səhhəti oktyabrın 10-da yoxlanılacaqbackend

Trampın səhhəti oktyabrın 10-da yoxlanılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp oktyabrın 10-da illik tibbi müayinədən keçmək üçün Uolter Rid Milli Hərbi Tibb Mərkəzinə baş çəkəcək.

Editor.az xəbər verir ki, bu barədə CNN Ağ Evin mətbuat katibi Karolin Levittə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp tibb müəssisəsində həmçinin hərbçilərlə görüşəcək, daha sonra Ağ Evə qayıdacaq. Bildirilir ki, prezidentin yaxın günlərdə Yaxın Şərqə səfəri də planlaşdırılır.

Qeyd edək ki, Donald Trampın 2025-ci ildə 79 yaşı tamam olacaq. O, oktyabrın 7-də Newsmax telekanalına verdiyi müsahibədə özünü 30 il əvvəlkindən daha yaxşı hiss etdiyini bildirib.

Bununla belə, amerikalı jurnalist Seymur Herş Trampın bilişsel zəifləmədən əziyyət çəkə biləcəyini iddia edib. Onun sözlərinə görə, Tramp tez-tez özünü tərifləyir, keçmiş uğurlarını vurğulayır və bəzən ictimai çıxışlarında “reallıqla əlaqəni itirir”.

//Gülnarə Abasova, Editor.az