Trampın son apellyasiya şikayəti rədd edildibackend

Trampın son apellyasiya şikayəti rədd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ali Məhkəməsi bu gün keçmiş prezident Donald Trampın noyabr ayında ölkədə keçirilən seçkilərin nəticələrinə yenidən baxılması ilə bağlı son apellyasiya şikayətini rədd edib.

Editor.az Trend-ə istinadən bildirir ki, Ali Məhkəmə D.Trampın hazırkı prezident Cozef Baydendən 20 min daha az səs topladığı Viskonsin ştatı üzrə səslərin yenidən hesablanması ilə bağlı şikayəti rədd edib.

Məlumata əsasən, bu, Trampın prezidentlik müddətinin sonunda verdiyi 3 apellyasiya şikayətindən sonuncusu idi. Hakimlər şikayəti izah etmədən rədd ediblər.

Xatırladaq ki, fevralın 22-si ABŞ Ali Məhkəməsi Donald Trampın iki anoloji apellyasiya şikayətini rədd etmişdi.