Trampın xüsusi nümayəndəsi Rza Pəhləvi ilə gizli görüş keçiribbackend

Trampın xüsusi nümayəndəsi Rza Pəhləvi ilə gizli görüş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov İran Şah sülaləsinin varisi Rza Pəhləvi ilə gizli görüş keçirib.
Editor.az xəbər verir ki, “Axios” agentliyinin Vaşinqtonun yüksək vəzifəli rəsmilərinə istinadən verdiyi məlumata görə, bu, İran müxalifəti ilə ABŞ hakimiyyəti arasında İranda iki həftəlik etiraz fəaliyyətindən sonra ilk görüşdür. Qeyd etmək lazımdır ki, 1979-cu ildə devrilmiş Şahənşah Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi etirazçıları dəstəkləyib.

Etirazçılar mitinqləri zamanı tez-tez Pəhləvi dövrünün İran bayrağını dalğalandırır və həmçinin sülalənin varisinə dəstəklərini ifadə edirlər. Lakin Rza Pəhləvinin siyasi perspektivləri hələ də qeyri-müəyyəndir: xüsusən də Donald Tramp vəliəhdin iddialarını dəstəkləməyib.

//Samir Qurbanov, Editor.az