“Trampın yox, Zelenskinin sözü həlledici olacaq”- ŞƏRHbackend

“Trampın yox, Zelenskinin sözü həlledici olacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Polşa Avropa məkanında tarixən qarşı-qarşıya dayanan qüvvələr arasında hər zaman açar ölkə olub. Bu reallıq Polşanı həmişə ayıq-sayıq olmağa məcbur edib. NATO-ya üzv olması da bu səbəbdəndir. Polşa bu qarşıdurmalardan çox əziyyət çəkib, torpaqları işğal edilib. Hazırda belə Polşanın qonşu ərazilərdə özünün hesab etdiyi əraziləri mövcuddur. Bu səbəbdəndir ki, Polşa Ukraynaya dəstək olan ölkələrin arasında əhəmiyyəti yer tutur”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

O bildirib ki, Rusiya təhlükənin əsasən Polşanın üzərində cəmləşdiyini yaxşı başa düşür:

“Avropa ölkələri liderlərinin keçirdiyi sammitindən sonra aydın oldu ki, onlar Ukraynanın yanında ABŞ-ın olmamasına rəğmən davam edəcəklər. Ayrılan yardımların məbləğləri də açıqlanıb. Hər ölkənin bacardığı köməyi edəcəyi görünür. Amma bundan sonra Rusiyanın qələbə qazanmaq ehtimalını daha ciddi gördükləri üçün daha səmimi addımlar atacaqlar. Ukrayna zatən Rusiyaya məğlub olmayıb. Müharibənin indiki durumunu əksinə Rusiyanın məğlubiyyəti kimi də müəyyən mənada xarakterizə etmək olar. Əgər bu günə kimi yardımlar səmimi olsaydı, müharibə çoxdan Ukraynanın istədiyi kimi başa çatmışdı”.

Siyasi analitikin sözlərinə görə, Ukraynaya bundan sonra Avropa tərəfindən ediləcək yardımlar Rusiyanın müqavimətini qırmağa yetəcək:

“Əsas odur ki, Ukrayna xalqı özünü məğlub hesab etməsin. Trampın indiyə kimi bu müharibə barəsində dedikləri boş çıxıb. O, müharibəni 24 saata bitirməyi planlayırdı, ancaq bu, baş tutmadı. Mənafeyinə uyğun olmayan heç bir razılığı Ukrayna dövləti və başçısı qəbul etməyəcək. Odur ki, Trampın sözü yox, Zelenskinin sözü həlledici olacaq. Rusiya artıq balaca uşaq rolu oynayır. Özündən böyük Trampın arxasında gizlənib düşdüyü durumdan onun çıxarılmasını gözləyir. Bu isə bunu başa düşən Avropa və Ukrayna üçün yaxşı məqamdır. Əbəs yerə Avropa liderləri müharibənin dayandırılmamasını açıq şəkildə ifadə etmirlər”.

//Gülnarə Abasova, Editor.az