“Transneft”in əsas qan damarına ağır zərbəbackend

“Transneft”in əsas qan damarına ağır zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusunun Rusiya daxilindəki iqtisadi və hərbi strukturlara qarşı həyata keçirdiyi uzaqmənzilli pilotsuz uçuş aparatları (PUA) hücumları coğrafi miqyasını genişləndirərək davam edir. Rəsmi Kiyevin Rusiyanın enerji və yanacaq-logistika infrastrukturunu çökdürmək strategiyası çərçivəsində növbəti sarsıdıcı zərbə cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıqda yerləşən daxili regionda qeydə alınıb.

Ukrayna Silahlı Qüvvələrinə məxsus hücum dronları Rusiyanın Vladimir vilayətində yerləşən və ölkənin enerji təhlükəsizliyində kritik rol oynayan “Vtorovo” neftvurma stansiyasına dağıdıcı zərbələr endirib. Rusiya və Ukraynanın hərbi monitorinq kanallarının yaydığı son dəqiqə məlumatına görə, gecə saatlarında baş verən PUA hücumu nəticəsində stansiyanın ərazisində güclü partlayışlar və yanğın qeydə alınıb.

Sözügedən “Vtorovo” neftvurma stansiyası Rusiyanın dövlət inhisarında olan “Transneft” şirkətinin magistral neft-qaz infrastrukturuna daxildir və Rusiya daxilində neft məhsullarının daşınmasında, eləcə də ixrac logistikasında olduqca mühüm, strateji bir qovşaq rolunu oynayır. Hərbi-iqtisadi ekspertlər vurğulayırlar ki, bu obyektdə baş verən hər hansı ciddi dayanma, qəza və ya iş rejiminin pozulması birbaşa olaraq Rusiyanın hərbi və mülki yanacaq tədarükü zəncirinə ağır zərbə vurur və ölkə daxilində böyük logistik böhrana yol açır.

Musavat.com