Almaniyada millət vəkili olaraq seçilən Tessa Ganserer və Nyke Slawik parlamentdə trans təmsilçiliyini ilk dəfə olaraq “tarixi qələbə” kimi qiymətləndiriblər .
Editor.az xarici mediaya istinadən xəbər verir ki, trans millət vəkilləri Almaniyada dünən keçirilən ümumi seçkilərdə ilk dəfə parlamentə daxil olublar.
Üçüncü partiyadan olan Yaşıllardan millət vəkili seçilən Tessa Ganserer və Nyke Slawik səs nisbətini 2017 -ci ildə 8.9 faizdən 2021 -ci ildə 14.8 -ə yüksəldiblər. 44 yaşlı Tessa Ganserer “Reuters” ə bildirib ki, “Bu, təkcə Yaşıllar üçün deyil, həm də trans-azadlıq hərəkatı üçün tarixi bir qələbədir”.
2013 -cü ildə Bavariya əyalət parlamentinə seçilən və iki oğlu olan Ganserer, “lezbiyen anaların da övladlıq götürməsinə icazə verəcək qanunvericilik dəyişiklikləri üzərində çalışacağını” əlavə edib.

//Gülnarə Abasova, Editor.az

