
“Türkiyədə alış-veriş qiymətləri həddindən artıq çox bahalaşıb. Düşünürəm ki, Türkiyənin turizm şirkətləri, onların biznesləri sürətlə çökəcək. Mən 3 gün öncə Türkiyədən gəlmişəm. 2 il öncə olduğum bir otelə yenidən getdim. Burada insanların sayı 50 faiz azalıb. Xidmət səviyyəsi aşağı düşüb. Ümumilikdə isə qiymətlər xeyli artıb. Bütün bunların hamısı Türkiyədə turizm işinə, eləcə də digər sahələrə mənfi təsir göstərəcək. Əlbəttə ki, ənənəvi ticarətlə, onlayn ticarət ciddi rəqabətdədir. Azərbaycanda məşhur onlayn alış-veriş şirkəti olan “Trendyol”a qarşı böyük qüvvələr var. Ənənəvi ticarətlə məşğul olanlar şübhəsiz ki, onların onlayn ticarətlə məşğul olanlara təsiri də var. Azərbaycan hökuməti də yəqin ki, ənənəvi ticarəti müdafiə etmək üçün ola bilsin ki, hansısa işlər görüb. Ona görə də qiymətlər qalxıb. Əlbəttə ki, insanlar, istehlakçılar bu yöndə ənənəvi ticarətə üstünlük verəcəklər”.

“”Trendyol”da çatdırılma xərclərinin artırılması dizel yanacağının qiymətinin artmasıyla əlaqəli ola bilər. Bu da anbarlara yüklərin daşınması, çatdırılmasının maya dəyərini də yüksəldir. Çox güman ki, çatdırılma xərclərinin qəfildən artması bununla bağlı bir məsələdir. Həm də Türkiyə ərazisində çatdırılma qiymətləri dəyişdirilməyib”.
“Trendyol”da ilk dəfə deyil ki, artım müşahidə olunur. Əvvəllər də müəyyən qədər artıb. May ayında da bununla bağlı artım olduğu təsdiqlənmişdi. Bu artımın da bir çox obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərindən biri birmənalı olaraq əgər bütün istiqamətlərdə qiymətlər artırsa, inflyasiya öz sözünü deyirsə, istehsalda, xidmətdə, digər istiqamətlər, çatdırılma və logistika üzrə də qiymətlər artmalıdır. Burada daha bir məsələ var ki, “Trendyol” bu gün Azərbaycanda özü ilə mübarizə aparacaq rəqibi olmadığından subyektiv olaraq qiymət dəyişikliyi edə bilir. Bunu da təbii qarşılamaq lazımdır. Əgər hansısa bir təsərrüfat subyekti bazarda böyük ölçüdə rəqibsizdirsə, həmin subyekt o yerə qədər qiyməti qaldıracaq ki, artıq gəlirləri azalmağa başlayacaq. Görsə ki, digər bir rəqib qiyməti qaldırdı, tələb varsa, sifarişlər durmadan artırsa, o yenidən qiymətləri artıracaq. Amma görsə ki, sifariş həcmləri, ölçüləri kəskin şəkildə azalıb və bu da gəlirin azalmasına gətirib çıxarır, o zaman qiymət artımı dayanacaq. Əksinə azalmağa başlayacaqdır. Bir sözlə, bu prosesi bazar özü tənzimləyir”.

