Trüdo Beyrutdakı partlayışda iki kanadalının öldüyünü bildiribbackend

Trüdo Beyrutdakı partlayışda iki kanadalının öldüyünü bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində 2 Kanada vətəndaşı həlak olub.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Kandanın baş naziri Castin Trüdonun bəyanatında deyilir.

C.Trüdo partlayışda ölənlərin yaxınlarına başsağlığı verib. Baş nazir bildirib ki, kanadalılara Beyrutda lazımi yardımın göstərilməsi üçün Livana xüsusi qrup göndərilib.

Bundan əlavə, C.Trüdo Kanadada müvəqqəti yaşayan Livan vətəndaşlarına partlayış səbəbiylə evlərinə qayıda bilməyəcəkləri təqdirdə ölkədə qalma müddətinin uzadılmasına icazə veriləcəyini bildirib.

Xatırladaq ki, daha əvvəl Castin Trüdo Kanadanın Livana 22,5 milyon dollar yardım gündərəcəyini bildirmişdi.