Trüdo: “Kanada və müttəfiqləri Rusiyanın LXR və DXR-i tanımasına qətiyyətlə cavab verəcəklər”backend

Trüdo: “Kanada və müttəfiqləri Rusiyanın LXR və DXR-i tanımasına qətiyyətlə cavab verəcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada və müttəfiqləri Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə qətiyyətlə cavab verəcəklər.

Baş nazir Castin Trüdo mətbuat konfransı zamanı bildirib ki, bu, Moskvanın qondarma DXR və LXR-in müstəqilliyini tanımasına da şamil ediləcək.

“Biz Ukraynanın ərazi bütövlüyünü müdafiə edəcəyik və Ukraynanın işğal olunmuş ərazilərinin müstəqilliyini tanımaq cəhdlərini qəbul etməyəcəyik”, – deyə Trüdo bəyan edib.

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın tanınması ilə bağlı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasını keçirib.

Rusiyanın bu bəyanatlarından sonra Ukrayna prezidenti Vladimir Zelenski Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şoltzla təcili məsləhətləşmələr aparıb.

Mənbə: rbc.ua