ABŞ Prezidenti Donald Trump İranla bağlı vəziyyəti həll etmək üçün heç bir planının olmadığı barədə iddiaları təkzib edib.
Editor.az xəbər verir ki, onun açıqlamalarının videoyazısı C-SPAN platformasında yayımlanıb.
Amerika prezidenti bildirib: “Ən yaxşı plana sahibəm, lakin planımın nədən ibarət olduğunu açıqlamayacağam”.
Onun sözlərinə görə, ABŞ–İran danışıqları davam edir və müsbət istiqamətdə irəliləyir. Danışıqlarda vitse-prezident J. D. Vance və xüsusi nümayəndə Steve Witkoff da iştirak edirlər.
Bundan əvvəl Tramp İranın “bir gecə ərzində məğlub edilə biləcəyini” və həmin gecənin “sabah qədər tez baş verə biləcəyini” bildirmişdi.
//Gülnarə Abasova, Editor.az

