Tsipi Livni Azərbaycan-İsrail münasibətlərindən danışdıbackend

Tsipi Livni Azərbaycan-İsrail münasibətlərindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla İsrail arasında münasibətlər böyük inkişaf perspektivlərinə malikdir.

Bunu Trend-ə İsrailin sabiq xarici işlər naziri Tsipi Livni “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumu zamanı deyib.

Onun sözlərinə görə, ölkələr arasında enerji, kənd təsərrüfatı, səhiyyə kimi sahələrdə böyük potensial mövcuddur.

T.Livni, həmçinin Qlobal Bakı Forumunun dünyanın üzləşdiyi problemlərin həlli üçün əhəmiyyətini vurğulayıb.

“Forumda qlobal gündəmin əsas məsələləri müzakirə olunur. Biz Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Avropadakı hazırkı böhran, Cənubi Qafqazda çoxtərəflilik kimi vacib məsələləri müzakirə edirik. Builki forumda pandemiyadan əvvəlki dövrdən daha çox iştirakçı toplanıb”, – deyə o bildirib.