Tu-22M3” uzaqmənzilli səsdən sürətli bombardmançı təyyarəsinin məhv edilməsi Vladimir Putinin şəxsi fiaskosudur – Hərbi ekspertbackend

Tu-22M3” uzaqmənzilli səsdən sürətli bombardmançı təyyarəsinin məhv edilməsi Vladimir Putinin şəxsi fiaskosudur – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tu-22M3” uzaqmənzilli səsdən sürətli bombardmançı təyyarəsinin Rusiyanın “Soltsy” aerodromunda məhv edilməsi Vladimir Putinin şəxsi fiaskosudur.

Editor.az bildirir ki, bunu hərbi-siyasi analitik Dmitri Snegirev “FreeDom” kanalının efirində deyib. O qeyd edib ki, aerodroma endirilən zərbə nəticəsində “Rusiya tərəfinin Ukrayna ərazisinə raket zərbələri endirmə ehtimalı azalıb”.

Ekspert istisna etmir ki, hücumdan sonra Rusiya tərəfi öz təyyarələrini başqa yerə köçürməyə qərar verəcək. “Bu (rus bombardmançısının məğlubiyyəti – red.) həm siyasi və hərbi ziyandır, həm də Putinin şəxsi məğlubiyyətidir.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası nüvə üçlüyünün əsas komponentinə, yəni nüvə silahı daşıya bilən taktiki bombardmançıların yerləşdiyi yerlərə cavab zərbələri endirmək imkanını nümayiş etdirir”, – analitik bildirib.

//Samir Qurbanov, Editor.az