Tuapsedə partlayış olub, yanğın baş veribbackend

Tuapsedə partlayış olub, yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə saatlarında Rusiya Federasiyasının Krasnodar diyarının Tuapse şəhərində partlayışlar baş verib. Bunun ardınca isə “Rosneft” neft emalı zavodunda yanğın baş verib.

Editor.az bildirir ki, bu barədə “Meduza”nın rus nəşri, eləcə də Tuapse administrasiyası məlumat yayıb.

Məlumata görə, Tuapse neft emalı zavodunda baş verən iki partlayış nəticəsində yaxınlıqdakı evlərin pəncərələri sınıb, yanğın baş verib. Nəyin yandığı isə hələ aydınlaşdırılmayıb.

//Samir Qurbanov, Editor.az