Tüba Ünsal: “Qazandığım bütün pulu teatra xərclədim”backend

Tüba Ünsal: “Qazandığım bütün pulu teatra xərclədim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış aktrisa və prodüseri Tuba Ünsal qazandığı bütün pulunu Ayşə Kulinin ” Adı Aylin” romanını səhnələşdirmək üçün xərcləyib. Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tamaşanın premyerasından sonra Tuba hər kəs tərəfindən tənqid olunub.

“Mən peşəkar bir iş qadınıyam. Təxminən 8 ilə yaxındır ki, öz prodüser şirkətimin vasitəsi ilə kinolar çəkir, teatr tamaşaları səhnələşdirirəm. Teatrdan qazandığım pulları yenidən teatra xərcləyirəm. Buna görə də insanlar mənə dəli kimi baxır. Ancaq bu, məni xoşbəxt etdiyindən deyilənlər vecimə deyil.”- deyə Tuba bildirib.

Tuba Ünsal sosial şəbəkədə yazdığı “Namaz qıldığımı deməyə qorxdum” statusuna da münasibət bildirib.

“Özümü pis hiss edəndə mənəviyyatımı yüksəltmək üçün ibadət etdiyimi söyləmişəm. Bundan sonra minlərlə mesaj aldım. Bu açıqlamada qəribə heç nə görmürəm. Fransadakı dostum gedib kilsədə dua edib, sonra da fikirini bildirirsə mən bunu niyə etməyim ? İnsanların nə düşündüyü məni maraqlandırmır.”- deyə Ünsal bildirib.

//Editor.az